Əvvəlcə qonaqlar universitetin Dizayn ixtisasının tələbələrinin Zəfər Gününə həsr olunmuş sərgisi ilə tanış olublar.
Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov 44 günlük müharibə ilə Azərbaycanın tarixi ədaləti bərpa etdiyini qeyd edib: “Ali Baş komandanın rəhbərliyi altında Azərbaycan əsgəri tarix yazdı. Tarixi günlər yaşadıq. Qazandığımız qələbənin miqyasını tam olaraq qiymətləndirmək üçün zamana ehtiyacımız var. Bu qələbə təkcə bizim üçün yox, bütün bölgə üçün yeni reallıqlar yaradıb”.
Milli Məclisin deputatı Vüqar İskəndərov da şanlı zəfərimizlə sona çatan 44 günlük müharibə ilə Azərbaycanın BMT qətnamələrini yerinə yetirdiyini, bununla da dövlətimizin beynəlxalq səviyyədə presedent yaratdığını diqqətə çatdırıb.
Daha sonra universitetin müharibədə iştirak etmiş qaziləri öz döyüş təəssüratlarını bölüşüblər.
Tədbir tələbələrin hazırladıqları ədəbi-bədii kompazisiya ilə davam edib.