Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup Dövlət Proqramı (DP) məzununun iştirakı ilə onlayn vebinar təşkil ediləcək.
Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 8 noyabr – Zəfər Gününə həsr edilən vebinarın təşkilində məqsəd DP məzunlarının Vətən müharibəsi zamanı göstərdikləri xidmət ətrafında fikir mübadiləsi aparmaq, onların Zəfərin qazanılmasında rolunu vurğulamaqdır.
Qeyd edək ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə cəlb edilən, yaralıların müalicəsi üçün tibbi xidmətə könüllü yollananlar sırasında dövlət hesabına (dövlət proqramları və hökumətlərarası təqaüd proqramları) xaricdə təhsil almış şəxslər də olub.