Azərbaycan Dövlət Aqrar Universietində (ADAU) ingilis dilində tədris aparılan ixtisaslar üzrə səviyyə imtahanları keçirilib.
Tehsil.biz xəbər verir ki, imtahanlar Torpaqşünaslıq və aqrokimya, Aqronomluq, Baytarlıq, İqtisadiyyat, Mühasibat və marketinq ixtisaslarında təhsil alan I kurs tələbələrinə şamil olunub.
Qeyd edək ki, keçirilən sınaqlar tələbələrin xarici dil biliklərinin yoxlanılması məqsədini daşıyıb.