Logo

AzTU tələbələri Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət edib

06.11.2021 11:55 384 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup tələbəsi 8 Noyabr – Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət edib.

Ziyarətçilərə verilən məlumatda qeyd olunub ki, parkda 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşməni döyüş meydanında məğlub etməsi nəticəsində qənimət götürülən hərbi texnikanın bir qismi və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədləri nümayiş olunur. Parkı ziyarət edənlər Vətən müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə, 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Hərbi Qənimətlər Parkına ekskursiya tələbələrdə Vətən müharibəsində qazanılan tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşadıb.

Xəbər lenti