Logo

İmişlidə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib

06.11.2021 15:51 855 baxış
IMG

İmişli rayonunun ümumi təhsil məktəblərində keçirilən 8 Noyabr - Zəfər Günü münasibətilə silsilə tədbirlərin davamı olaraq İmişli Rayon Təhsil Şöbəsində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə RTŞ-nin rəhbərliyi və məktəb direktorları iştirak edib.

Öncə şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra RTŞ-nin müdiri Ələmdar Quliyev məktəb rəhbərlərini və xalqımızı “Zəfər Günü” münasibətilə təbrik edib.

O, bildirib ki, 27 sentyabr 2020-ci il tarixdə təcavüzkar Ermənistanın yenidən təxribatlara başlamasına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün Vətən müharibəsinə başlayıb. 44 günlük hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımız azad etməklə təcavüzkar Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib. 

Tədbirdə çıxış edən məktəb rəhbərləri Vətən müharibəsində qələbəmizin dünya hərb tarixində nadir hadisə olduğunu qeyd ediblər. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın, Qarabağın azad olunması ilə nəticələndiyini bildiriblər. Rayonumuzun məktəblərində çalışan 27 nəfər müəllimin bu qələbənin qazanmasında igidlik göstərmələrindən danışıblar. 

Xəbər lenti