Logo

ADPU TGT Zəfər gününə həsr olunmuş "Qəhrəmanlar unudulmur" adlı dama yarışı keçirib

07.11.2021 10:26 480 baxış
IMG

Noyabrın 5-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyinin artırılması, müasir çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İttifaqın ofisində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı dama yarışı keçirilmişdir.

Tehsil.biz xəbər verir ki, 28 nəfər tələbənin iştirakı ilə baş tutan 5 mərhələdən ibarət yarışın sonunda qaliblər müəyyən olunub. Tələbələrdən Aslan Musa zadə I, Murad İsmayılov II, Əli Orucov III yer tutaraq müvafiq diplomlarla təltif olunublar.

Xəbər lenti