ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Tehsil.biz xəbər verir ki, növbəti vebinar 10 noyabr saat 17:00-da ibtidai sinif müəllimləri üçün riyaziyyat fənni üzrə “Hesablamalar və məsələ həlli” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində 20 nömrəli məktəb-liseyin direktor müavini, Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi üzrə eksperti, "Dərs vaxtı" layihəsinin iştirakçısı, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin təlimçisi, 2018-ci ildə "İlin peşəkar gənci" fəxri adı və döş nişanına layiq görülmüş Gülüstan Vəliyeva çıxış edəcək.
Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün müxtəlif mövzuların və tapşırıqların izah olunmasıdır.
Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.