Logo

ADBTİA müharibə dövründə əsgərlərimizin yanında olan ilk təhsil müəssisələrindən biridir

07.11.2021 12:47 397 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası İkinci Qarabağ müharibəsi dövründə ön cəbhədə, əsgərlərimizin yanında olan ilk təhsil müəssisələrindən biridir. Müharibə dövründə Akademiya nümayəndələri komanda olaraq, on qrupa bölünərək cəbhə bölgələrinə yollanıb, əsgərlərə böyük ruh yüksəkliyi və mənəvi dəstək olublar.

44 günlük müharibə bitdikdən sonra Akademiya qazi tələbələri, şəhid ailələrini daim diqqət mərkəzində saxlayıb.
Akademiya əməkdaşları Şamaxı, Bərdə, Ağdam, Biləsuvar və digər bölgələrə gedib, şəhid məzunların məzarları, yas mərasimlərini ziyarət ediblər.

Bu günlər Akademiya Zəfər günü ilə əlaqədar bir sıra tədbirlər keçirir. Noyabrın 4-də ADBTİA Həmkarlar İttifaqı Komitəsi şəhid ailələri və müharibədə övladları iştirak etmiş əməkdaşlarına bayram sovqatları təqdim edib. Bundan başqa, Akademiya noyabrın 4-də 14 nəfərə şəxsə pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib.

Xəbər lenti