Bomba xəbərdarlığına görə 3 ali məktəbdə tələbələr və professor-müəllim heyəti təxliyə olunub.
"Tehsil.biz"in “Bloomberg”ə istinadla xəbərinə görə, Nyu-York ştatında 2, Rod Aylend ştatında isə bir ali məktəbin kampusları boşaldılıb.
Buna səbəb sosial şəbəkədə hər 3 təhsil müəssisəsində bomba yerləşdirilməsi barədə yayılmış xəbər olub. Polis məsələni araşdırır. Heç bir iddia təsdiqini tapmayıb.
Qeyd edək ki, cümə günü Yel Universitetinin də 3 korpusuna bomba qoyulması barədə yalan informasiya yayılmışdı. (Sia.az)