Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris tele-radio studiyası Vətən müharibəsinin ildönümünə həsr olunmuş birgə “Zəfər yolu” layihəsinə start verib.
Layihə 27 sentyabr - Anım Günündən 8 noyabr - Zəfər Gününə qədər davam edəcək. Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunacaq.
Proqramın buraxılışları BDU TV-də yayımlanacaq.
Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.
Layihənin qırx üçüncü verilişi BDU-da keçirilən möhtəşəm Zəfər Günü tədbirinə həsr olunub.
“Zəfər yolu” verilişinin qırx üçüncü buraxılışını sizə təqdim edirik: