Logo

10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir

08.11.2021 21:32 466 baxış
IMG

Bu gün Azərbaycan xalqı illərdir həsrətlə gözlədiyi o böyük Qələbənin sevincini yaşayır.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 
yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində xalqımızın qurtuluş savaşı zəfərlə başa çatmış ,işğalçı Ermənistan təslim olmağa məcbur edilmiş və ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir. Biz hüququn gücünə inandıq, hüququn ədalətini gözlədik. Çox təəssüf ki, təcavüzkar dövlət olan Ermənistan bundan sui-istifadə edərək özünün işğalçı siyasətini pərdələdi. Nəhayət, haqq￾ədalət öz yerini tapdı. Müharibə qanunları və beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşünə başlayan Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə ədalət məhkəməsini özü qurdu. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin növbəti hücumuna cavab olaraq Vətən Müharibəsinə başladı və 44 günlük müharibədə işğalçı Ermənistanın ordusu bütünlüklə məhv edildi, düşmən diz çökdü. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhəri, 300-ə yaxın kənd və qəsəbə işğaldan azad edildi. 
Nəhayət ki, noyabrın 10-da üç dövlət rəhbərləri tərəfindən ölkəmizin tarixində yeni bir səhifə açan, Ermənistan üçün kapitulyasiya aktı sayılan Bəyanat imzalandı. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla rəsmi olaraq son qoyuldu. Demək olar ki, 30 il ərzində Ulu Öndərimiz və Prezidentimiz möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizin iqtisadi cəhətdən güclənməsi, hərbin ən yüksək texnologiyalarına əsaslanan ordumuzun yaradılması, eyni zamanda, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü və suverenliyimizi dəstəkləyən sənədlərin qəbul olunması münaqişənin parlaq qələbəmizlə nəticələnməsi üçün hüquqi zəmin yaratdı. Daxili həmrəylik, milli birlik və möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandanımızın dediyi kimi, yumruq kimi birləşməyimiz Ali Baş Komandan xalq-ordu birliyi gücümüzə güc qatdı. Nəticədə Azərbaycan müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyümüzü bərpa edərək çıxdı. Azərbaycan müasir müharibə aparmaq texnologiyasını yüksək səviyyədə mənimsəməklə bütün dünyaya sübut etdi ki, o beynəlxalq humanitar hüququn tələblərinə əməl etməklə tam legitim döyüşlər aparır. Bu bəyanatın imzalanması ilə Ermənistanın hərbi kapitulyasiyası rəsmiləşdirildi və status-kvonu dəyişdi. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu.Torpaqlarımız bir- birinin ardınca işğaldan azad edildikcə,cənab Prezidentin müjdə xəbərli çıxışları,müraciətləri ordumuzun qələbə əzmini daha da yüksəltdi,xalqı dəmir yumruq kimi birləşdirdi. 44 gün davam edən zəfər yürüşü bizi qalib xalqa çevirdi.Bir daha dünyaya sübut etdik ki, Azərbaycanın mübarizəsi haqq işidir,ədalətli mübarizədir.Bu gün döyüş meydanında dinc şəhər və kəndlərimizdə şəhid olmuş şəhidlərin ruhu şaddır. Tarixi Zəfərimiz mübarək.

Günel İsmixanova,

Gəncə şəhər 24 nömrəli tam orta məktəbin direktoru

Xəbər lenti