Yarış “Məktəblinin dostu” və “STEAM Azerbaijan” layihələri çərçivəsində baş tutub.
Tehsil.biz xəbər verir ki, bilik yarışmasında 5 komanda qələbə uğrunda mübarizə aparıb. Bakı şəhəri 49, 51, 91,162, 203 nömrəli tam orta məktəblərin iştirak etdiyi yarışda 51 nömrəli məktəbin komandası qalib gəlib.
9-cu sinif şagirdləri arasında təşkil olunan yarışın əsəs məqsədi məktəbliləri müsabiqə və yarışlara cəlb edilməsinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin üzə çıxarılmasıdır.
Yarış 3 turdan ibarət olub. Hər turun yekununda vətənpərvərlik mövzusunda ifalar və müxtəlif rəqslər yer alıb.
Sonda qaliblərə kubok, diplom və “STEAM Azerbaijan” layihəsi tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.