Azərbaycanın Vətən müharibəsində qələbəsinin ilk ildönümü münasibətilə noyabrın 8-də Kolumbiyanın paytaxtı Boqota şəhərinin ən hündür binalarından olan və şəhərin simvolu sayılan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Report-a Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib.
Eyni zamanda, binanın fasad örtüyü üzərində “Azərbaycan Zəfər Günün mübarək sözləri” əks olunub.