Logo

Yüksək zəkalı insanların əsas xüsusiyyətləri nələrdir?

09.11.2021 10:18 634 baxış
IMG

Ən yaxşı universitetlərdən biri olan Yale Tibb Universitinin professorları maraqlı bir araşdırmaya imza atmışdır. Onlar İQ testi etmədən insanın intellekt səviyyəsini təyin etməyin yolunu tapmışdır. Sən demə, üstün zəkalı insan ələ verən bir sıra irsi xüsusiyyətlər və sonradan yaranan vərdişlər var. Əsl dahi bu xüsusiyyətlərə sahibdir:

O, eynək taxır

Edingburgh Universitetində aparılan araşdırma zamanı 300 min insan haqqında informasiya  incələnmişdir. İQ səviyyəsi yüksək olan insanların genində göz zəifliyi müşahidə olunmuşdur.

Onun fikrini yayındırmaq asan deyil

Uzun müddət bir məsələdə diqqətini saxlaya bilən insanlar digərlərindən daha ağıllıdır. Rochester Universitetinin professoru İQ səviyyəsi yüksək olan insanlarda vizual qavrayışın digər insanlara nisbətən fərqli olduğunu deiyr. Belə ki, üstün zəkalı insanlar fondakı görüntü ilə mübarizə aparmağı çox yaxşı bacarır.

O, ana südü ilə qidalanıb

Britaniyada və Yeni Zelandiyada aparılan araşdırmada 3000-dən çox insan iştirak etmişdir. İQ testindən yüksək bal toplayan iştirakçıların böyük hissəsi ana südü ilə qidalanmışdır. Bundan sonra əminliklə deyə bilərik ki, ana südünün sağlamlıq, immunitet və zəka inkişafında böyük təsiri vardır.

Yumor hissi

New Mexico Universitetində aparılan araşdırma əsnasında 400 tələbədən cizgi filmi üçün subtitr yazmaq xahiş olunmuşdur. Yüksək intellektə sahib olan insanların subtitrləri xüsusi yumor ilə fərqlənmişdir.

O, özü özü ilə söhbət edir

Bəli, bəli. Özü ilə danışan insan dəli deyil, əsl dahidir! Pensilvaniya Universitetində aparılan araşdırma zamanı məlum olmuşdur ki, insanın özü ilə danışması qavrayışı yaxşılaşdırır.

O, bayquşdur

Araşdırmalar göstərmişdir ki, İQ və yuxu arasında güclü bağ var. İQ səviyyəsi yüksək olan insanlar gec yatır və tez oyanır.

Xəbər lenti