Bakı şəhəri Suraxanı rayonu 23 nömrəli körpələr evində 8 Noyabr - Zəfər Günü münasibətilə “Qarabağ Zəfəri uşaqların gözü ilə” adlı tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən bağça müdiri Rəna Abutalıbova uşaqlara 44 günlük Vətən müharibəsi tarixindən, şəhidlərimizin və qazilərimizin göstərdiyi qəhrəmanlığından danışıb.
O, bu günün önəmini xüsusi vurğulayaraq, uşaqlara gələcəkdə tariximizi daha da dərindən bilməyi tövsiyə edib.
Tədbirdə uşaqlar vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar oxuyub, kiçik səhnəciklər göstəriblər.
Tədbirdə, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin metodisti Fatma Şirəliyeva və Vətən Müharibəsinin Qəhrəmanı Şəhid Kazımlı Mürsəl Kamil oğlunun anası Lalə xanım Kazımlı da iştirak edib.
Azərtac