Logo

Biofizika İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

02.12.2020 11:39 514 baxış
IMG

Biofizika İnstitutu, Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzi və İsveçrənin Cenevrə Universitetinin nümayəndələri arasında onlayn görüş keçirilib.

 

İnstitutdan  bildirilib ki, görüşdə elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Kərim Qasımov, Nanoaraşdırmalar Mərkəzinin direktoru Mustafa Muradov və Cenevrə Universitetinin professoru Vera Slaveykova iştirak ediblər.

 

Onlayn görüş zamanı üç təşkilat arasında ortaq istiqamətlərdə səmərəli əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Beynəlxalq layihələrdə birgə iştirak ilə bağlı məsələlər geniş müzakirə olunub.

Xəbər lenti