Logo

BDU-nun professoru vəfat edib

09.11.2021 12:20 461 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru Nizami Qasım oğlu Xəlilov vəfat edib.

Tehsil.biz xəbər verir ki, 72 yaşında dünyasını dəyişən Nizami Xəlilov 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.

2003-cü ildən BDU-nun Filologiya fakültəsində elmi işlər və magistratura üzrə dekan müavini, 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru olub.

Müxtəlif illərdə bir çox Beynəlxalq elmi konfranslarda iştirak edib.

Allah rəhmət eləsin!

Xəbər lenti