Azərbaycan Texnologiya Universitetində 05.11.2021-ci il tarixində Zəfər Gününə həsr olunmuş “Pandemiya dövründə gənclərin tədqiqat problemləri” adlı respublika konfransının panel görüşündə EQAC layihəsi üzrə yekun nəticələr dinlənilib.
Elm və xarici əlaqələr mərkəzinin əməkdaşı İlahə Qurbanova Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi" EQAC” layihəsinin meneceri olaraq konfrans iştirakçılarını layihənin yekun nəticələri ilə bağlı məlumatlandırıb.
Belə ki, konfransda layihə koordinatoru tərəfindən 4 il müddətində layihə çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr, yerli tərəfdaş universitetlərin uğur hekayələri, eləcə də beynəlxalq ekspertlərin layihənin Azərbaycanda ali təhsilin keyfiyyətinin artırılmasına verdiyi töhfələr barədə hesabatlarında təqdim olunmuş təklif və tövsiyyələr dinlənilib, eyni zamanda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.