Logo

ADU-da “Milli qürurumuz, şanlı zəfər tariximiz” adlı tədbir keçirilib

10.11.2021 10:43 805 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Heyran Amanovanın təşəbbüsü və 236 ab qruplarının iştirakı ilə “Milli qürurumuz, şanlı zəfər tariximiz” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Dövlət himni ilə başlayan tədbiri giriş sözü ilə açan Heyran Amanova tədbir iştirakçılarını, tədbirə dəvət edilən qaziləri salamlayaraq 44 günlük qısa bir müddət ərzində qəhrəmanlıq dastanı yazan şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin  bizə bəxş etdiyi zəfər sevincini yüksək qiymətləndirmiş, bu sevinci bizə yaşadan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra XTQ-da xidmət göstərmiş qazi Yunusov Ramin haqqında qısa videoçarx izləndikdən sonra qazi Vətən müharibəsində yaşadığı hadisələri, ölümlə üz-üzə olduğu anları tələbələrlə bölüşüb. Yunusov Ramin xidmət etdiyi müddətdə “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Hadrutun azad olunmasına görə”, “Cəsur döyüşçü” və bir çox medallarla təltif olunmuşdur. 

Tədbirə dəvət edilən digər qazi Rauf Cabbarov bildirmişdir ki, o,  44 günlük Vətən müharibəsində atası qazi Dayandur Cabbarovla birgə çiyinçiyinə vuruşmuşdur. “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunan Rauf Cabbarov eyni zamanda idman sahəsində də uğurlara imza atmışdır. 

Görüşdə hər iki qazi tələbələrin verdiyi sualları cavablandıraraq Vətənə yaxşı xidmət göstərmək  üçün təhsilin önəmindən bəhs edərək onlara öz tövsiyələrini verməyi də unutmayıblar. Tədbir qələbə ruhu aşılayan vieoçarxla başa çatıb.

Sonda isə qazilərlə tələbələr xatirə şəkli çəkdirib.

Xəbər lenti