Logo

ATU-nun kitabxanasında Qarabağ qaziləri ilə görüş olub

10.11.2021 12:58 652 baxış
IMG

ATU-nun Əsaslı Kitabxanasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir Xudayar təsnifinin sədaları altında başlayıb. Tədbiri kitabxananın direktoru Ziyafət Eminova açaraq “Dəmir yumruq”dan, müharibədə həkimlərimizin fədakarlığından, şanlı ordumuzun məğrurluğundan danışıb. Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra ATU-nun Mühafizə bölməsinin əməkdaşları - qazi Aqşin Həsənli və döyüşçü Mirsəməd Cəfərova söz verilib. Aqşin müharibə xatırələrindən, döyüşlərdə necə irəlilədiklərindən, necə yaralandığından, dövlətimizin, eləcə də rektorumuz professor Gəray Gəraybəylinin ona göstərdiyi qayğıdan söz açıb. Kitabxananın direktor müavini Gülbehişt Orucova müharibə dövründə bütün millətlərə örnək olan əsgərlərimizin vətən, torpaq sevgisindən, xalqın Ali Baş Komandana səmimi münasibətindən və məhz bu vəhdətin bizi qalibiyyətə aparmasından bəhs edib. 

Kitabxananın əməkdaşları Səidə Abbasova, Solmaz Əzizova, Əsgər Əsgərov da öz ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüblər. Elmi kitabişləmə və kataloqlaşdırma şöbəsinın müdiri Gülnarə Qarayeva özünün qələbəyə həsr olunmuş şeirlərini oxuyub, Adifə Fətəliyeva isə seirləri səsləndirib. Sonda müharibə iştirakçılarına kitab hədiyyə olunub.

Xəbər lenti