Logo

BDU-nun xarici tələbələri “Zəfər” yarmarkasında iştirak ediblər

10.11.2021 14:16 603 baxış
IMG

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda təhsil alan üzv dövlətlərin nümayəndələri “YAŞAT” Fondunun “Zəfər” yarmarkasını ziyarət ediblər.

Tehsil.biz xəbər verir ki, ziyarətdə Bakı Dövlət Universitetində təhsil alan xarici tələbələr də iştirak edib.

Ziyarətin məqsədi  xarici tələbələrə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin nəticələrini əyani şəkildə göstərmək, o cümlədən əldə edilən təəssüratların İƏT məkanında yayılmasına töhfə verməkdir.

Tədbirdə on beş ölkənin gənclərinə həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “ASAN xidmət”in tabeliyində yaradılmış “YAŞAT” Fondu haqqında məlumat verilib.

Xəbər lenti