ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Tehsil.biz xəbər verir ki, növbəti vebinar 11 noyabr tarixində saat 17:00-da “Jan Piajenin İdraki inkişaf nəzəriyyəsi” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində təlimçi müəllim Şölə Mustafayeva çıxış edəcək.
Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.
Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.