Logo

Gömrük Akademiyasının tələbələri 8 Noyabr-Zəfər Günü ilə bağlı təşkil olunan yürüşdə iştirak ediblər

10.11.2021 18:19 436 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Azərbaycan Gənclər Fondunun və aparıcı gənclər təşkilatlarının dəstəyi ilə 8 Noyabr-Zəfər Günü ilə bağlı təşkil olunan yürüşdə iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, zəfər yürüşünün əsas məqsədi 44 günlük Vətən müharibəsinin tarixi zəfərimiz ilə yekunlaşmasında əzmkarlıq göstərmiş qəhrəman Vətən övladlarını yad etmək, bu günün gənclər tərəfindən daim böyük qürur və fəxarət hissi ilə xatırlanacağını göstərmək olub.

Birinci və İkinci  Fəxri xiyabanları və Şəhidlər xiyabanını əhatə edən yürüşdə gənclər ilk öncə bugünkü qələbələrimizin banisi olan Ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib, daha sonra vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Yürüş Əbədi Məşəl abidəsi önündə “Qarabağ Azərbaycandır!” şüarı səsləndirərək xatirə fotoşəkli çəkilməsi ilə yekunlaşıb.

Vətən müharibəsində zəfərimiz sübut etdi ki, Azərbaycan gəncliyi həm ön, həm arxa cəbhənin qəhrəmanları olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dəmir yumruq kimi hər zaman birləşməyə hazır olub və bundan sonra da hazır olacaqdır.

Xəbər lenti