Logo

Koronavirusa qarşı faydalı olan məhsullar açıqlandı - FOTO

10.11.2021 20:03 819 baxış
IMG

Heyvan mənşəli və rafinə edilməmiş bitki mənşəli yağlar koronavirus pandemiyası zamanı insan qidasının tərkib hissəsi olmalıdır.

Bu barədə Rusiya Federal Tibbi və Bioloji Agentliyinin professoru, tibb elmləri doktoru Marqarita Koroleva öz tövsiyələrini verib.

Həkimin sözlərinə görə, bu məhsullarla zəngin qidalar iltihab əleyhinə qorunma təmin edə bilər, xüsusən də virusun yayılmasına müqavimət göstərir.

Dietoloq pəhrizə sarı yağ (inək südündən hazırlanır, qhi də deyilir) daxil etməyi məsləhət gördü. Onun sözlərinə görə bundan gündə 1,5-2 çay qaşığı istehlak edilməlidir.

“Səhər yeməyi üçün toyuq və ya bildirçin yumurtası immunitetin qorunması üçün çox vacib olan A, D və E vitaminlərinin mənbəyidir”, - deyə o, əlavə edib.

Həkim gün ərzində - qoz-fındıq və müxtəlif toxumların istehlakını də məsləhət görüb.

“Bu məhsulları qızartmamaq vacibdir, yoxsa yağları oksidləşir”, - deyə o, xəbərdarlıq edib.

M.Koroleva həmçinin yeməklərdə şimal dənizləri balıqları, zeytun yağı, cücərmiş buğda, avokado və arqan ağacı yağından istifadəni tövsiyə edib.

Mənbə: Rossiyskaya qazeta

Xəbər lenti