Logo

Yarasalarda koronavirus aşkar edildi

11.11.2021 09:08 513 baxış
IMG

2010-cu ildə Kambocada tutulmuş yarasaların qanında koronavirus izləri aşkar edilib.

Tehsil.biz Lent.az-a istinadən xəbər verir ki, bu məlumat "Nature Communications" elmi jurnalında dərc edilmiş məqalədə yer alır.

Məqalə müəlliflərinin fikrincə, bu koronavirus SARS-Cov-2 ilə oxşardır: "Çindən kənardakı canlılarda belə bir virusun tapılması bir daha sübut edir ki, koronavirusların yayılma arealı təsəvvür ediləndən daha böyükdür. Cənub-Şərqi Asiya əsas region olduğu üçün burada yerli koronaviruslarla bağlı daim müşahidələr aparılmalıdır.

Tədqiqat çərçivəsində Kambocada yaşayan 400-dək canlıdan müxtəlif maye nümunələri götürülüb. Tədqiqatın yekun nəticələri ilin sonunda məlum olacaq.

Xəbər lenti