Logo

UNEC-də “Bazar iqtisadiyyatında ayrıseçkiliyə yer varmı?” mövzusunda onlayn seminar keçiriləcək

11.11.2021 09:58 627 baxış
IMG

UNEC-də Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin tədqiqatçısı, İngiltərənin Portsmut Universitetinin İqtisadiyyat fakültəsinin assistent professoru Dr. Zəhra Muradın təqdimatında “Bazar iqtisadiyyatında ayrıseçkiliyə yer varmı?” mövzusunda onlayn seminar keçiriləcək.

Tehsil.biz xəbər verir ki, seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

11 noyabr 2021-ci il tarixində saat 15.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/98105855875 linki vasitəsilə qoşula bilərsiniz.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Xəbər lenti