Logo

Azərbaycanda daha 3 942 nəfər COVID-19-a yoluxdu

02.12.2020 14:32 355 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə vebinar keçirilib.

 

Bu barədə  institutdan məlumat verilib. Bildirilib ki, Aİİ-nin Tələbə Elmi Cəmiyyətinin sədri, Dillər və ictimai fənlər kafedrasının dosenti Məmmədəli Babaşlı TEC-in fəaliyyəti barədə məlumat verib.

 

O, mövcud pandemiya dövründə tələbələrin elmi dünyagörüşü, intellektual səviyyələrinin artırılması istiqamətində səmərəli işlər görüləcəyini və bu cür vebinarların davamlı olaraq keçiriləcəyini vurğulayıb. Qeyd edib ki, bu səpkili tədbirlər təhsilalanların yüksəkixtisaslı kadrlar kimi yetişmələrində mühüm rol oynayır.

 

Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov “İbn Xəldun yaradıcılığında bədəvilərin əxlaqi keyfiyyətləri” mövzusunda çıxış edib. İbn Xəldunun həyat və fəaliyyəti haqqında ətraflı məlumat verən V.Səmədov “bədəvi” sözünün tarixi kökü və mənası haqqında danışıb. Məruzəçi nitqində İbn Xəldunun bədəviliyi daha geniş mənada araşdırdığını, köçəri və kəndli qruplarına böldüyünü qeyd edib.

 

Həmçinin daim bir yerdə məskunlaşan kəndlilər və köçəri tayfalarının hamısının bədəvi sinfini təşkil etdiyini nəzərə çatdırıb. Vurğulayıb ki, bədəvilərin əxlaqi keyfiyyətləri müsbət və mənfi olmaqla iki qrupa bölünür: müsbət əxlaqi keyfiyyətlər azadlığa meyil, comərdlik, cəsarət, məzluma sahibçıxma, mənfi xüsusiyyətlər isə kobudluqdur.

 

“Microsoft Teams” proqramı üzərindən təşkil olunan, Aİİ-nin müəllim və tələbələrinin iştirak etdiyi vebinar iştirakçıların müzakirəsi və sualları ilə davam edib.

Xəbər lenti