İranın Kirmanşah vilayətində aparılan arxeoloji qazıntılar zamanı təxminən 1 milyon il əvvələ aid daş alətlər aşkar ediblər.
Tehsil.biz Kult.az-a istinadən xəbər verir ki, bu alətlərin məhv olmuş “Homo erectus” insan növü tərəfindən yaradıldığı ehtimal edilir.
Arxeoloqlar həftəlik araşdırma zamanı onlarla daş balta və bıçaq, həmçinin digər alətlər tapıblar.
Məlumata görə, tapıntılar erkən paleolit dövrünə aiddir. Hələ ki, dəqiq tarixi müəyyən etmək alimlərə müyəssər olmayıb.