Logo

Rektorun birinci kurs tələbələri ilə görüşü davam edir

12.11.2021 09:51 534 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2021/2022-ci tədris ilində universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinə qəbul olunan I kurs tələbələri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə universitetin prorektorları, fakültə dekanı və kafedra müdirləri də iştirak edib.

Rektor tələbələrə universitetdə görülən işlər və yaxın zamanlarda həyata keçiriləcək yeni layihələr barədə məlumat verib.

Daha sonra tələbələrin sualları cavablandırılıb. 

Görüşün sonunda AzTU-nun tələbə təşkilatları təqdimatla çıxış edib. 

Xəbər lenti