Logo

"Bank Respublika” ASC-nin əməkdaşları AzTU tələbələrinə təlim keçib

12.11.2021 09:55 497 baxış
IMG

“Bank Respublika” ASC-nin Təlim və inkişaf şöbəsinin müdiri Jalə Nəcəfova, İnsan resursları departamentinin direktoru Ayan Büniyatzadə Azərbaycan Texniki Universitetində (AzTU) “Ümumi bank işi” və “İnsan resurslarının idarə olunması” mövzularında təlim keçib.

Tehsil.biz xəbər verir ki, təlimdə AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələri iştirak edib.

Görüşdə tələbələrə bank xidmətləri, rəqəmsal bankçılıq, informasiya texnologiyaları, həmçinin beynəlxalq şirkətlərdə işə qəbul zamanı tələb olunan bacarıqlar və onların inkişafı ilə bağlı vacib məlumatlar verilib.

Qeyd olunub ki, “Bank Respublika” ASC-nin əməkdaşlarının AzTU tələbələri üçün təlimləri mütəmadi olaraq davam etdiriləcək.

Bundan başqa, təlimlərdə iştirak edən tələbələrin ASC-də təcrübə proqramı keçmələri üçün şərait yaradılacaq.

Xəbər lenti