Logo

Azərbaycanda tələbə vəfat edib

12.11.2021 11:00 808 baxış
IMG

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbəsi vəfat edib.

Tehsil.biz xəbər verir ki, kollecin tələbəsi 2006-cı il təvəllüdlü Ağaxan Musayev vəfat edib. O kollecin simli alətlər fakültəsinin birinci kurs tələbəsi olub.

Kollecdən tələbənin vəfatı ilə bağlı məlumatı Oxu.Az-a təsdiq ediblər.

Ailəsindən onlara verilən məlumata əsasən, həkimlər tələbənin tromb səbəbindən vəfat etdiyini deyiblər.

Xəbər lenti