Türkiyənin Qaziantep Bələdiyyəsi şəhərdəki bir məktəbdə təşkil edilən mərasimdə müəllimin söylədiyi şeirlə bağlı araşdırma başladıb.
Unikal.org xəbər verir ki, adı çəkilməyən müəllim şeiri 10 Noyabr Atatürkü Anma Günü fəaliyyətləri çərçivəsində oxuyub.
Prokurorluqdan verilən açıqlamaya görə, 10 Noyabr Atatürkü Anma Mərasimində müəllimlərdən birinin oxuduğu şeirin görüntüləri bəzi sosial media kanallarında paylaşılıb:
"Hadisə ilə bağlı Valiliyimiz tərəfindən araşdırma başladılıb".