Logo

ADU-nun tələbələri “Report” İnformasiya agentliyində olublar

12.11.2021 16:40 725 baxış
IMG

Noyabrın 11-də Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayeva  və Filologiya fakültəsinin Jurnalistika ixtisası üzrə təhsil alan III kurs-  339 B qrupun tələbələri “Report” İnformasiya agentliyində qonaq olublar.
 
Tehsil.biz xəbər verir ki, görüşdə  Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu universitetin tələbələrinə  “Report” İnformasiya agentliyində xəbərin hansı mənbədən və necə əldə olunması, jurnalistin operativ və etibarlı xəbər paylaşmaq peşəkarlığı barədə məlumat verib. Filologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayeva isə müasir jurnalistikada xəbər hazırlamağın əhəmiyyəti, tərtib, redaktə prinsipləri haqqında danışıb. 

Görüşdə müasir jurnalistikanın bir sıra aktual problemləri ətrafında müzakirələr aparılıb. Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu tələbələrin jurnalistika sahəsində maraqlandıran suallarını cavablandırıb.

Sonda görüşdən məmnun qalan  filologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayeva və tələbələri “Report” İnformasiya agentliyinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildiriblər.

Xəbər lenti