Logo

ADPU-da Zəfər gününə həsr olunan silsilə tədbirlər davam edir

12.11.2021 16:43 682 baxış
IMG

11 Noyabr 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici Dillər Mərkəzinin (XDM) dosenti Qəribə Məmmədovanın təşkilatçılığı ilə magistratura və doktorantura şöbəsinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası” ixtisasının 2101 qrupu tərəfindən “Victory Day-Zəfər Günü” və “Our Martyrs -Şəhidlərimiz” adı altında tədbir təşkil olunub.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim heyəti də iştirak edib.

ADPU-dan verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikəndən sonra 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün müdafiəsi zamanı canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra tədbirdə tələbə kollektivinin hazırladığı video çarxlar, slaydlar nümayiş olunub.

Xəbər lenti