Logo

Neft-Kimya Prosesləri İnstitutunda dissertant və doktorantların minimum imtahanı keçirilir

02.12.2020 15:44 482 baxış
IMG

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə təhsil alan dissertant və doktorantların neft kimyası, kimya texnologiyası və mühəndisliyi, neft-qaz-daş kömür emalı və texnologiyası, qaz emalı proseslərinin kimyası və texnologiyası, kimya və texnikanın əsasları ixtisasları üzrə minimum imtahanlarına başlanılıb.

 

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, artıq iki gündür imtahanlar davam edir. Minimum imtahanları, həmçinin dekabrın 3, 4, və 17-də keçiriləcək. İmtahanda göstərilən ixtisaslar üzrə cəmi 38 nəfər iştirak edəcək. İmtahan hər gün iki növbədə və hər növbədə 5 nəfər olmaqla karantin qaydalarına riayət edilməklə keçiriləcək.

Xəbər lenti