Logo

Vergi orqanlarına işə qəbul və peşəkar mühasib sertifikatı imtahanında iştirak etmək istəyən şəxslərin nəzərinə

12.11.2021 17:48 437 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin server və şəbəkə avadanlıqlarında aparılan texniki işlərlə əlaqədar qeydiyyatı 7 noyabr 2021-ci il tarixində başa çatmalı olan vergi orqanlarına işə qəbul və peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində iştirak etmək üçün qeydiyyat müddətləri uzadılıb.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, vergi orqanlarında işə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat 21 noyabr 2021-ci il saat 23:00-dək, peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində iştirak etmək üçün qeydiyyat isə 15 noyabr 2021-ci il saat 14:00-dək davam edəcək.

Qeyd edək ki, vergi orqanlarına işə qəbul imtahanı 28 noyabr 2021-ci il tarixində, peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi isə 21 noyabr 2021-ci il tarixində keçiriləcək.

Xəbər lenti