Logo

Xüsusi qabiliyyət imtahanlarına həsr edilmiş işçi qrupunun iclası keçirilib

12.11.2021 17:59 396 baxış
IMG

2022/2023-cü tədris ili üçün ali təsil müəssisələrinin bakalavriat, magistratura və orta ixtisas təhsili səviyyələri üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarına həsr edilmiş işçi qrupunun iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, iclasda teatr, kino və xoreoqrafiya sənəti istiqamətinə aid ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyasının mütəxəssisləri iştirak edib.

2022-ci ildə keçiriləcək xüsusi qabiliyyət imtahanlarının müsabiqə şərtləri, qəbul proqramları, QABİS informasiya sistemində ekspertlər haqqında məlumatların yerləşdirilməsi müzakirələrin əsas mövzusu olub.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar haqqında ümumi məlumatlar “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləyin.

Xəbər lenti