Logo

Erasmus+ KA2 ECAR layihəsi üzrə 1-ci komponentin yekunlarının təqdimatı keçirilib

12.11.2021 19:49 650 baxış
IMG

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu Erasmus+ KA2 proqramı çərçivəsində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi üzrə 1-ci komponentin yekunlarının təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə 6 aylıq intensiv tədqiqat, araşdırma və təhlillərin nəticəsi ictimaiyyətə təqdim olunub.

Təqdimat mərasimində Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycanın 19 universitetinin rektor və ya prorektorları, Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov, layihənin xarici tərəfdaşları qismində Polşa Rektorlar Konfransının, Litvanın Mykolas Romeris Universitetinin, İsveçin Kral Texnologiya Universitetinin, Belçikanın EFMD–Biznes Universitetlər Assosiyasiyasının məsul nümayəndələri iştirak edib.

AzTU-nu təqdimatda beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov təmsil edib.

Qeyd olunub ki, tədqiqat və araşdırma mərhələsində təhsil sahəsində maraqlı tərəflərin iştirakı ilə geniş həcmli sorğular və fokus qrup müsahibələri keçirilib. Daha sonra isə bu sahədə beynəlxalq təcrübə öyrənilərək kəmiyyət və keyfiyyət təhlilləri aparılıb. 

Xəbər lenti