Logo

ECAR layihəsi çərçivəsində layihə menecerlərinin növbəti görüşü keçirilib

12.11.2021 20:05 654 baxış
IMG

11 noyabr 2021-ci il tarixində Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində layihə menecerlərinin üçüncü görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə layihə konsorsiumunun üzvü olan 15 Azərbaycan universitetinin məsul şəxsləri, eyni zamanda Avropa tərəfdaşları iştirak edib. Azərbaycan Texnologiya Universitetini isə tədbirdə layihə meneceri İlahə Qurbanova təmsil edib. 

Daha sonra layihənin iş planına uyğun olaraq  nəzərdə tutulan fəaliyyətlər, layihənin icrası ilə bağlı maliyyə və təşkilati məsələlər, eyni zamanda layihə fəaliyyətinin ictimailəşdirilməsi tədbirləri haqqında geniş müzakirələr aparılıb. Yekunda menecerlər tərəfindən növbəti mərhələlərdə yerinə yetiriləcək işlər dəqiqləşdirilib və bir sıra tapşırıqlar qarşıya qoyulub.

Qeyd edək ki, layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Konfrans yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacaq.

Xəbər lenti