"Növbəti il üçün polislərin və hərbçilərin əməkhaqları artacaq, artsın, haqlarıdır".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi bildirib.
O bildirib ki, maaş artımı müəllimlərə də şamil olunmalıdır:
"Bir müəllimlər tərəfə də baxan olsa, əla olardı. Sanki müəllimlər başqa planetdən gəliblər, onların əməkhaqları artmamalıdır. Növbəti il üçün müəllimlərin də əməkhaqları artmalıdır".
"Kimlərsə qədim dövrdə qalıb hörmət əlaməti kimi şablonlaşmış "biz elə bilirdik ki, müəllim yemək yemir, su, çay içmir" kimi fikirləri rəhbər tutursa, Vallah bu doğru deyil. Müəllimlər də yemək yeyir, çay içir", - deyə ekspert qeyd edib.
Fəqan Əzimli