Logo

AzTU-nun rektoru daha iki fakültənin I kurs tələbələri ilə görüşüb

12.11.2021 22:42 558 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2021/2022-ci tədris ilində universitetin Energetika və avtomatika, Maşınqayırma və robototexnika fakültələrinə qəbul olunan I kurs tələbələri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə universitetin prorektorları, dekanları və kafedra müdirləri də iştirak edib.

Rektor tələbələrə universitetdə görülən işlər və yaxın zamanlarda həyata keçiriləcək yeni layihələr barədə məlumat verib.

Daha sonra tələbələrin sualları cavablandırılıb. 

Görüşün sonunda AzTU-nun tələbə təşkilatları təqdimatla çıxış edib. 

Xəbər lenti