Logo

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsinin tədqiqat mərhələsinin yekunlarına həsr olunmuş tədbir

12.11.2021 23:22 481 baxış
IMG

10 noyabr 2021-ci il tarixində Bakı Biznes Univertsitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin növbəti görüşü Bakı Ali Neft Məktəbində keçirilmişdir.

Görüşün məqsədi layihə çərçivəsində aparılan tədqiqat işlərinin nəticələrinin ali təhsilin maraqlı tərəfləri ilə bölüşülməsi və bu nəticələr barəsində müvafiq müzakirələrin aparılması olmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycanın 19 Universitetinin rektorları və prorektorları, Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov və layihənin xarici tərəfdaşları qismində Polşa Rektorlar Konfransının,  Litvanın Mykolas Romeris Universitetinin, İsveçin Kral Texnologiya Universitetinin, Belçikanın EFMD Beynəlxalq bizness universitetler birliyinin məsul nümayəndələri tədbirdə iştirak etmişdir.

Eyni zamanda tədbirdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru prof. H.T.Qaraşov, Tədris və Elmi işlər üzrə prorektor prof.F.F.Möhbalıyev və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri dos. M.C.Calalov iştirak etmişdir.

Xəbər lenti