Logo

AzTU tələbələri "Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında iştirak edib

13.11.2021 12:03 410 baxış
IMG

Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti bilik yarışı keçirilib. 
"Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışı Vətən müharibəsində əldə olunan şanlı zəfər tarixinə həsr edilib. 

Tehsil.biz xəbər verir ki, yarışda təmsil olunan 48 ali təhsil müəssisəsi arasında Azərbaycan Texniki Universiteti (AzTU) də var.

Qeyd edək ki, yarış ərəfəsində komandaların müsabiqəyə hazırlığı məqsədi ilə Heydər Əliyev Muzeyinə ziyarətləri təşkil olunub. Bununla yanaşı, noyabrın 6-da bilik yarışının iştirakçı komandaları üçün təlim keçirilib. Heydər Əliyev Mərkəzində təşkil edilən təlimin məqsədi Vətən müharibəsi və şanlı zəfər tarixinin öyrənilməsi olub. 

"Regional İnkişaf" İctimai Birliyinin konüllülərinin dəstəyi ilə keçən yarışda iştirakçı komandalar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti, irsi, eləcə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın Ermənistanın işğalından azad olunması uğrunda aparılmış Vətən müharibəsi və zəfər tarixi ilə bağlı mövzuları əhatə edən sualları cavablandırıblar.

Xəbər lenti