Xəzər Universiteti İnkişaf Mərkəzində “UniLab” layihəsi çərçivəsində onlayn müzakirə təşkil edilib.
Universitetdən bildirilib ki, müzakirənin əsas mövzusu universitet-biznes əməkdaşlığının genişləndirilməsi, tələbələrin təcrübə proqramlarının təşkili və maraqlı tərəflərin ehtiyaclarına uyğun olaraq kurikulumların yenidən hazırlanması məsələləri olub.
MS Teams proqramı vasitəsilə keçirilən tədbirdə “UniLab” layihəsi, onun məqsədləri və tərəfdaşları haqqında məlumat verilib.
Görüşdə Xəzər Universitetinin əməkdaşları ilə yanaşı, Azərbaycan Mərkəzi Bankı, “Kapital Bank”, Azərbaycan Beynəlxalq Bankı, “Baktelekom”, SOCAR və digər şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdə işəgötürənlərin təcrübə keçən tələbələrdən gözləntiləri, şirkətlərin yarada biləcəyi imkanlar və s. məsələlərdən danışılıb.