Logo

ADNSU-da doktorantlarla görüş keçirilib

13.11.2021 12:34 502 baxış
IMG

Noyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantlarla, o cümlədən universitetin asissenti, Vətən müharibəsi iştirakçısı, qazi Niyaz Zeynalovla görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı şanlı qələbədən danşıb. O, N.Zeynalovun uiversitetdə necə məsliyiyyətli əməkdaş olduğunu xatırladaraq döyüş meydanında da igidlik göstərdiyini iştirakçıların diqqətinə çatdırıb. Əlavə edib ki, belə qəhrəman oğulların igidliyi nəticəsində 30 ilə yaxındır düşmən tapdağında olan əzəli torpaqlarımız sahiblərinə qaytarılıb.

ADNSU-nun Doktorantura şöbəsinin müdiri, dosent Zülfiqar İbrahimli, Neft-mexanika fakültsinin dekanı, dosent Əlihikmət Soltanov, Sənaye maşınqayırma kafedrasının müdiri, dosent Cəmaləddin Aslanov çıxışları zamanı Azərbaycan əsgərinin yenilməzliyindən, bütün cəbhələrdə göstərdikləri qəhrəmanlıqdan bəhs ediblər. Onlar həmçinin, N.Zeynalovun təhsildə olduğu kimi, torpaqlarımızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı göstərdiyi fədakarlığın hər bir azərbaycanlı gənc üçün nümunə olduğunu qeyd ediblər. Qazi N.Zeynalov da tədbir iştirakçıları ilə döyüş təəssüratlarını bölşüb. Görüşdə doktorantlar adından N.Zeynalova hədiyyə təqdim edilib.

Görüş çərçivəsində universitetin Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və doktorantura şöbəsinin müdiri, dosent Zülfiqar İbrahimli doktorantları yeniliklərlə də tanış ediblər. Onlara elmi işlərin hazırlanması, məqalələrin yazılması, araşdırmaların aparılması və digər bu kimi məsələlər haqqında məlumat veriblər, doktorantların suallarını cavablandırıblar.  

Xəbər lenti