Logo

13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günüdür

13.11.2021 14:43 501 baxış
IMG

1745-ci il noyabrın 13-də anadan olan fransız pedaqoqu Valentin Qayuin gözdən əlillər üçün dünyada ilk dəfə öz hesabına qabarıq şriftlər yaradıb.

Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistikaya əsasən, dünya əhalisinin 160 milyonu gözdən əlildir. Görmə problemindən əziyyət çəkənlərin əksəriyyətini yaşı 50 və daha yuxarı olanlar təşkil edir.

Xroniki korluğa aparan əsas səbəblər sırasına katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitamininin çatışmazlığı daxildir. Dünyada yaşla və nəzarətsiz diabetlə əlaqədar göz nurunun itirilməsi geniş yayılıb.

Xəbər lenti