Logo

Azərbaycanlı qrossmeyster eyni anda 30 şahmatçıya qarşı oynayacaq

13.11.2021 19:15 477 baxış
IMG

ABŞ-da yaşayan azərbaycanlı beynəlxalq qrossmeyster Rəşad Babayev bu gün Virciniya ştatında yerləşən Maklin şəhərində eyni anda 30 şahmatçıya qarşı oyun keçirəcək.

Tehsil.biz-in xəbərinə görə, bu “seans”ın özəlliyi ondadır ki, şahmatçıların qeydiyyatı zamanı yığılan pullar ABŞ-da fəaliyyət göstərən “United Charities for Azerbaijan”a (“Azərbaycan üçün Xeyriyyə Birliyi”) yatırılacaq.

Bu birlik isə Azərbaycanda olan Vətən müharibəsi veteranları və ailələrinə yardımlar təşkil edir.

Oxu.az

Xəbər lenti