Logo

"İki bacı bir məktəbdə rəhbər vəzifədədir, mənim iki ali təhsilim var, işsiz qalmışam" - ŞİKAYƏT

14.11.2021 21:47 2618 baxış
IMG

Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlunun "Tehsil.biz" redaksiyasına göndərdiyi şikayət məktubunu təqdim edirik:

Eminov Neman (Şikayətçi)

"Möhtərəm Cənab Prezident İlham Əliyev dəfələrlə ölkəmizin güc strukturlarının rəhbərlərinə, rayon, şəhər İcra başçılarına, dövlət məmurlarına, vəzifəli şəxslərə tapşırıqlar verir ki, qohumunuzu, dostunuzu, tanışınızı, yaxınınızı vəzifəyə təyin etməyin, ilk növbədə vətəndaşların problemlərini həll edin, vətəndaşlara köməklik göstərin, vətəndaşlara xidmət edin, süründürməçilik etməyin, vətəndaşların hüquqlarını pozmayın.

Çox təəssüflər olsun ki, Goranboy rayonunda Möhtərəm Cənab Prezidentin bu tapşırıqlarına riayət olunmur.

Goranboy rayonu Dəliməmmədli şəhər tam orta məktəbinin direktorunun bacısı bu məktəbdə Təsərrüfat müdürü, direktorun təsərrüfat işləri üzrə müavini vəzifəsində çalışır.

İki bacının bir tam orta məktəbində rəhbər vəzifələrdə çalışmaları nə dərəcədə doğrudur, qanunidir? Goranboy RİH başçısı Cənab Məhərrəm Quliyevin sürücüsünün qohumunun Goranboy Rayon Təhsil Şöbəsində Metodkabinet müdiri vəzifəsinə təyin olunması nə dərəcədə doğrudur (qohumluq, dostluq olduğu üçün yüksək vəzifə verilməlidirmi? Müdir vəzifəsinə təyin olunan bu kadr eyni zamanda Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Seymur Nazarovun dostudur.     

65 yaşı tamam olan həkim oğlu Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Seymur Nazarovun anası olduğu üçün təqaüdə göndərilmədi, Goranboy Rayon  Mərkəzi xəstəxanası bu həkimlə müqavilə bağladı.

Seymur Nazarov Goranboy rayonunda müəllim ordusuna rəhbərlik edir, 65 yaşı çatmış müəllimi təqaüdə yola salır".

QEYD: "Tehsil.biz" redaksiyası mövzu ilə bağlı araşdırmalara davam edir və qarşı tərəflərin söz azadlığını tanıyır!

Xəbər lenti