Logo

İsrail Azərbaycan Təlim Mərkəzində növbəti təlimlərə start verilir

15.11.2021 12:04 714 baxış
IMG

Noyabrın 12 də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İsrail Azərbaycan Təlim Mərkəzində təqaüd proqramları ilə bağlı tələbələrlə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, təlimlərin açılışına həsr olunmuş görüşdə İsrail Azərbaycan Təlim Mərkəzinin baş meneceri Rasim Abdullayev, təlimçilər, təqaüdü qazanan tələbələr və digər qonaqlar iştirak edib.

İsrail Azərbaycan Təlim Mərkəzinin baş meneceri R.Abdullayev  təqaüd proqramı haqqında tələbələrə ətraflı məlumat verib, gözləntilər və gələcək perspektivlərdən danışıb. O, noyabrın 15 -dən təlimlərə start veriləcəyini bildirib.

Qeyd edək ki,  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təsis etdiyi təqaüd proqramına 700-nəfərdən çox namizəd sənəd verib və onlardan 61 nəfər seçilib. Təlimlərin 4 istiqamətdə (Full-Stack Development, Mobile Development, UI/UX Design, QA Automation) tədrisi nəzərdə tutulub.  Təlimlər 7 ay müddətində davam edəcək  və sonda proqramı müfəvəqiyyətlə bitirən tələbələrin işlə təmin olunmasına dəsətk göstəriləcək.

Xəbər lenti