Logo

Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramının iştirakçıları Zaqatala rayonuna səfər ediblər

15.11.2021 12:37 726 baxış
IMG

13/14 noyabr tarixində USAID/Azerbaijan Özəl Sektorun İnkişafı Layihəsi (PSA) “Ferrero” şirkəti (HCo) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə əməkdaşlığı çərçivəsində təşkil edilmiş Fındıqçılıq üzrə Texniki Sertifikat Proqramının 3-cü sessiyası Zaqatala rayonunda baş tutub.

Günün birinci yarısı Aqronomluq ixtisasının tələbələri ilə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AFİİA) təlim otağında seminar keçirildi. Seminardan sonra iştirakçılar sahə səfərində fındıq bağının salınması, tinglərin idarə edilməsi, sortların seçilməsi, tozlandırma, tinglərin qəbulu və əkilməsi mövzularında müzahirələrdə iştirak etmək üçün Fındıq Bağına baş çəkiblər. Eyni zamanda tələbələr Fındıq Emalı Zavodunda fındığın istehsal prosesləri, çeşidlənməsi və xarici bazara satışa çıxarılması ilə bağlı məlumatlar əldə ediblər.

İki gün davam edən təlimlərin növbəti 4- cü sessiyası dekabrın 4-ü və 5-i Qəbələ rayonunda davam edəcəkdir.

Bu proqram USAID/Azerbaijan Özəl Sektorun İnkişafı Layihəsi (PSA) “Ferrero” şirkəti (HCo) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.

Xəbər lenti